|
Sloveniya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Azərbaycanlı futbolçu Samir Məsimovun şərəfini qoruduğu "Domjale" klubu evdə "Selye" ilə qarşılaşıb. Səfərdə rəqibinə 0:1 hesabı ilə uduzan "Domjale" həmin məğlubiyyətin əvəzini çıxa bilməyib. Evdə də rəqibinə 0:1 hesabı ilə uduzan Məsimovun komandası kubokda mübarizəni dayandırıb. Matçın start heyətində meydana daxil olan Məsimov fasilədə əvəzlənib. Cia.az
|
