Avstraliyada dünyanın ən yaşlı iti ölüb.
30 yaşlı it bu günə qədər “dünyanın ən yaşlı iti” statusunu qazanmışdı. Meqqi ləqəbli it Vktoriya ştatında, Brayan Maklarenanın fermasında yaşayırdı. Sahibinin dediyinə görə, ötən həftə it həyətdə gəzir, pişiklərə hürürdü. İnsani hesablamalara görə, onun fiziki yaşı 200 olub. Maklaren danışıb ki, it onun yaxın dostu olub. O, Meqqini digər iti ilə yanaşı basdırıb. Sahibi deyir ki, itin sənədlərini itirsə də, onun ən yaşlı it olması faktı məlumdur.
Oğlunun 4 yaşı olanda ona it alan sahibi deyir ki, indi oğlunun 34 yaşı var.
Cia.az
