Uzaq Şərqdən gələn qəribə dəblər, trendlər sosial medianı çalxalamağa davam edir.
Çində bel incəliyi testi üçün A4 kağızından istifadə, eləcə də kiçik diz qapağı üçün iPhone 6 ilə ölçüb, şəkil çəkmək kimi qəribə işlərlə yanaşı, bugünlərdə Yaponiyada daha bir əcaib dəb yarandı. Belə ki, Yaponiyada kök uşaq qollarını xatırladan çörəklər istehsal edilir. Valideynlər o çörəkləri uşaqlarının qolları ilə yanaşı qoyub, şəkil çəkir və yayırlar.
“Ən yaxşı çörək şəkli mənim körpəmindir” etiketi ilə paylaşılan şəkillər Yaponiyada ciddi marağa səbəb olub.
Cia.az
