Bakıda yerləşən "Şəhidlər" məscidində təmir işləri başa çatıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məscidə gələrək burada aparılan təmir-bərpa işləri ilə tanış olub.
QMİ tərəfindən məscidə axund və imam təyin olunub.
"Şəhidlər" məscidinin imamı bildirib ki, burada hələ camaat və cümə nazmazları qılınmayacaq: "Məscid təmir-bərpa işlərindən sonra istifadəyə verilib. Lakin hələlik azan verilməyəcək, cümə və camaat namazları qılınmayacaq. Fərdi qaydada kim istəsə məscidi ziyarət edə və namaz qıla bilər. Məscid səhər saat 9-dan axşam saat 18.00-dək açıq olacaq".
Xatırladaq ki, "Şəhidlər" məscidi 2009-cu ildə təmirə bağlanmışdı.
Cia.az
