"Eşkiya dünyaya hükümdar olmaz" serialının baş qəhrəmanları Deniz Çakır və Oktay Kaynarcanın sevgi münasibətlərinin bitdiyi deyilir.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, serialdakı tərəf müqabillərindən biri olan Sabina Toziya ilə restoranlardan birində görünən D.Çakırın kədərli halı paparassilərin diqqətini çəkib. Aktrisanın son günlər Oktayla aralarının pozulduğu barədə xəbərlər yayılıb. Bunu bir neçə gün əvvəl O.Kaynarcanın başqa qadınla görülməsi əlaqələndirirlər.
Məkanı tərk edərkən jurnalistlərin "Ayrıldınız" suallarından yayının Denizin yerinə S.Toziya cavab verib:
"Ayrılmadılar, belə şey yoxdur".
Cia.az
