|
Onu öpmək üçün 90 min dollar ödədi
Müğənni Riki Martinin qadın pərəstişkarı onunla öpüşə bilmək üçün inanılmaz jest edib. 
SPİD xəstələrinə yardım gecəsinə qatılan qadın 44 yaşlı müğənnini öpmək üçün auksionda iştirak edib. Ana Paulo Diniz adlı qadın çoxdan bəri öpüşmək istədiyi müğənni üçün sərvət xərcləyib. Auksionda ən yüksək məbləği səsləndirən qadın arzusuna çatıb. 
Xatırladaq ki, R.Martin cinsi azlıqlara məxsusdur və eynicinsli nikaha girib.
Cia.az