İspaniyanın Qalisiya əyalətində bir qadın alt paltarlarında özünü yanan evin eyvanından aşağı atıb.
Baş vermiş hadisənin videogörüntüləri Antonio Vazquez adlı istifadəçinin profili vasitəsilə yayılıb. Videogörüntülərdən də məlum olur ki, qadın binanın dördüncü mərtəbəsindən əynində ancaq alt paltarları ilə özünü yerə atır. “Daily Mail” qəzetinin xəbərinə görə, aşağıda qonşuları və sevgilisi odeyal tutaraq onu yerə dəyməyə qoymayıblar. Zərərçəkmişi tutublar və odeyala bükərək təcili yardım çağırıblar. 47 yaşlı qadın daha sonra xəstəxanaya çatdırılıb. Həkimlər ona döş qəfəsinin zədələnməsi diaqnozunu qoyublar.
Qadının hansı səbəbdən evdə o vəziyyətdə olması, yanğının hansı səbəbdən çıxması isə sual olaraq qalır.
Cia.az
