|
Çiçəklər “ağır rok” dinləsə...
Böyük Britaniyada məşhur botanik Kris Birdşou maraqlı bir kəşf edib.
Bağbanlıqla məşğul olan Birdşou bildirib ki, çiçəklərə ağır rok musiqisi “dinlətmək” lazımdır. Onun sözlərinə görə, bitki bu musiqini dinləyəndən sonra sürətlə böyüyüb gözəlləşəcək. O, bu nəticəyə məsləkdaşları ilə birgə apardığı araşdırma nəticəsində gəlib. Təcrübə zamanı çiçəklərə həm klassik, həm ağır rok, həm də ingilis pop müğənnisi Klif Riçardın mahnılarını “dinlədiblər”. 

Nəticədə klassik musiqinin çiçəklərin boyuna heç bir təsir göstərmədiyi üzə çıxıb. Pop musiqisi isə çiçəkləri rəsmən öldürüb.
Cia.az