|
Dişini hər gün yuyanın...
Dişləri hər gün yumaq yaddaş zəifliyini və ya ümumiyyətlə, yaddaşın itməsi problemini aradan qaldırır. Bu, 270 nəfər yaşlı insan üzərində aparılan araşdırma nəticəsində məlum olub.
Araşdırmaya görə, dişlərə düzgün qulluq orqanizmi bir çox problemlərdən qoruyur və beyinin fəaliyyətinə müsbət təsir göstərir. Lakin dişləri yumaqla yaddaş arasındakı əlaqəni alimlər hələ ki bilmirlər.
Həkimlərin sözlərinə görə, dişlərin çürüməsinin əsas səbəbi qidalanmadır. Xüsusilə şəkərli qidalar dişləri məhv edir. Ona görə də şirniyyatı çox sevən uşaqlarda diş çürümələrinə daha çox rast gəlinir. Tərkibində şəkər, karbohidrat çox olan qidalar, məsələn, kartof, çörək və sairə ağızda süd turşusu əmələ gətirir. 
 
Bu isə kimyəvi element sayılır və ağızda çox qaldıqda tədricən dişi zədələməyə başlayır. Süd turşusu sərt toxumanı yavaş-yavaş zəiflədir. Nəticədə diş çürüməyə başlayır.
Cia.az