|
Azərbaycandan Gürcüstana 12 kq külçə qızıl və 132 min dollar aparanlar tutuldu

Gürcüstana qanunsuz yollarla 12 kiloqram külçə qızıl və 132 min dollar nəğd pul keçirən Azərbaycan vətəndaşları həbs olunub.

Virtualaz.org xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyi yanında istintaq xidməti məluma yayıb. Məlumata görə Azərbaycan vətəndaşları “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində saxlanılıblar. Onların apardığı qızılın qiyməti 490 min dollar qiymətindədir. “Bu, misli görünməmiş haldır”-Gürcüstan tərəfi bildirir.

Külçə qızıllar və dollarlar Azərbaycan vətəndaşının idarə etdiyi BMW markalı avtomobilin mühərrik hissəsindəki gizli saxlanc yerində gizlədilib. Faktla bağlı cinayət işi qaldırılıb, saxlanılanları 8 ildən 11 ilə qədər həbs cəzasə gözləyir. Onlara məxsus qızıl və pul isə müsadirə ediləcək.

Cia.az