Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş ərini öldürməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Səbinə İmanovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Səbinə İmanova bundan qabaq narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhbusluq həyatı yaşayıb. Məhkəmə baxışı aprelin 25-ə təyin edilib.
Qətl keçən il Nəsimi rayonunda baş verib. Səbinə İmanova keçmiş ərini nənəsigilə qonaq çağırıb. Onlar birlikdə yemək yeyib və 0.7 litr həcmində spirtli içki qəbul ediblər. Bu zaman onlar arasında qısqanclıq zəminində mübahisələr yaranıb və Səbinə İmanova bıçaqla keçmiş ərini qətlə yetirib. Ona Cinayət Məcələsinin qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.
Cia.az
