|
Cənubi Koreyada cins və pirsinq qadağan olundu
Cənubi Koreya rəhbərliyi ölkədə pirsinqi və başda cins olmaqla “qərb geyimini” qadağan edib. 

Bu barədə  “The Telegraph”  xəbər verib. Vətəndaşların xarici görünüşünü və bu qadağalara əməl edib etməyəcəklərini müfəttişlər yoxlayacaq. Onlar daha çox küçələrdə müşahidə aparacaqlar. Xüsusi diqqət isə Cənubi Koreyanın Hamqen və Yanqando əyalətlərinə veriləcək. Orada əhali xarici mədəniyyət trendlərinin təsiri altına daha çox düşür. 

Daha öncə hakimiyyət ölkə kişilərini öz saçlarını onun lideri Kim Çen İn kimi kəsməyə məcbur etmişdi. Qadınlara isə saçlarını birinci ledi Li Sol Cju kimi düzəltdirmək tapşırılmışdı.
Cia.az