|
İtaliya millisi "Avro-2016"ya onsuz gedir

İtaliya millisinin futbolçusu Markizio "Avro-2016"da oynamayacaq.

30 yaşlı yarımmüdafiəçi zədələndiyi üçün əməliyyat olunacaq. "Yuventus"un futbolçusunun sentyabrda yaşıl meydanlara qayıdacağı gözlənilir.
Bu isə o deməkdir ki, Markizio  "Avro-2016"nı buraxacaq.

Qeyd edək ki, Markizio bu mövsüm 32 matçda iştirak edib.

Cia.Az