|
Körpələrə "Ay” sözü ilə yaranan 25 ad verilib -

Azərbaycanda “ay” sözündən istifadə etməklə xeyli sayda adlar yaradılır.
Cia.az Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu ilin ilk üç ayında doğulan qız uşaqlarına verilən adlardan 21-də “ay” sözündən (və ya şəkilçisindən) istifadə edilib.
Bu ilin ilk rübündə doğulan qız uşaqlarına ay sözündən istifadə etməklə Elay (22), Sunay (22), Aylin (350), Nuray (469), Ayan (301), Gülay (179), Ayla (135), Aysu (124), Ayşə (27), Aygün (26), Aytən (26), Aydan (92), Nilay (78), Aytac (63), Aysun (62), Günay (45), Humay (40), Aynur (37), Ayşən (40), Miray (34), Aysel (31) kimi adlar verilib.

“Ay” sözündən istifadə etməklə oğlanlara Ayxan (244), Tuncay (89), Ayaz (39), Aydın (24) adları qoyulub.

Cia.az