Tanınmış supermodel Krissi Teyqenlə musiqiçi həyat yoldaşı Con Lecendin övladı dünyaya gəlib.
Cütlüyün qızı doğulub. Körpəyə Luna Simona Stivens adı qoyulub. Bu barədə sosial şəbəkədə Krissinin özü məlumat yayıb:
“O, buradadır. Luna Simona Stiven, biz səni çox sevirik! Amma həm də yatmaq istəyirəm”.
Xatırladaq ki, Krissi Teyqenlə Con Lecend 2013-cü ildə ailə qurublar.
Cia.az
