|
Neftin qiyməti yenə yüksəlməyə başladı

Dohadakı görüşün uğursuzluğunun şokunu unutmağa çalışan neft bazarı yenidən sabitləşməyə başlayıb.

Bakı vaxtı ilə saat 14:30-da Brent markalı neftin iyun fyuçersinin 1 barreli dünya birjalarında 42,17 dolara satılıb.

Bu, cümə günü axşam qeydə alınmış qiymətdən təxminən 1 dolar az olsa da, bu gün səhər birjalar açılarkən olan göstəricidən 1 dollara yaxın yüksəkdir.

Cia.az