|
Messi karyerasında 500-cü qolunu vurub
Argentinalı futbolçu Lionel Messi peşəkar karyerası ərzində 500-cü qoluna imza atıb.
“Barselona”nın forvardı bu qolu İspaniya Premyer Liqasının 33-cü turunda “Valensiya”ya qarşı keçirilən oyunda vurub.
Argentinalı futbolçunun hesabında klub oyunlarında vurulan 450 qol və milli komandada qeydə alınan 50 qol var.
Cia.az