Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Katibi Con Kerri Fələstinlə bağlı açıqlama verib.
ANS PRESS-in məlumatına görə, ABŞ Dövlət Katibi Con Kerri paytaxt Vaşinqtonda anqolalı həmkarı Corcs Çikoti ilə keçirilən mətbuat toplantısında BMT-nin Təhlükəsizlik Şurasında təqdim edilməsi gözlənilən Fələstin layihəsi ilə bağlı sualları cavablandırıb.
C.Kerri layihənin məzmununu görmədən danışmağın tez olduğunu bildirib: “Məzmununu görmədiyiniz bir şey haqqında şərh vermək, hazır hala gətirilməmiş bir proses haqqında nəsə danışmaq bizim üçün hələ tezdir. Layihənin hazırlanmasında bir problem görmürük. Gərginliyi azaltmağa, tərəflər arasında yaşanan qarşıdurmaları dayandırmağa çalışacağıq.”
