|
Eddi İsrafilovun komandası qalib gəldi

İspaniya Sequndasında 34-cü turun oyunları keçirilir.

Milli komandamızın üzvü Eddi İsrafilovun çıxış etdiyi "Kordoba" səfərdə "Hueska" ilə qarşılaşıb.
Görüş “Kordoba”nın  2:0 hesablı qələbəsi ilə başa çatıb.
Meydana 64-cü dəqiqədə daxil olan Eddi 88-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki,  "Kordoba" 51 xalla 8-ci pillədə qərarlaşıb.

Cia.az