|
Həssas dərilər üçün çobanyastığı MASKASI

Dəriniz çox həssas olduğu üçün necə baxım edəcəyinizi bilmirsiniz? Belə dərisi olanlar üçün çobanyastığından hazırlanan maska təqdim edirik.

Çobanyastığını çay kimi dəmləyib süzün. 100 qr buğdanı 1 stəkan suda qaynadın. İlıq ikən blenderdən keçirin. İçinə bir çay qaşığı bal və zeytun yağı əlavə edin. Qarışımı dərinizə sürtüb 20 dəqiqə saxlayın. Sonra ilıq su ilə yuyun. Faydasını görəcəksiniz.

Cia.az