|
İki oğlu olan müğənni övladlığa uşaq götürür
Şon və Ceyden adlı 2 oğlu olan müğənni Britni Spirs üçüncü dəfə ana olmaq istəyir. 
İfaçıya yaxın mənbə “İnTouch” jurnalına açıqlamasında Britninin bu dəfə övladlığa uşaq götürməyə hazırlaşıdğını deyib. B.Spirs qız uşağını himayəsinə almaq niyyətindədir. Qardaşı Brayanın qızı Leksi ilə xeyli vaxt keçirən müğənni qızları necə tərbiyləndirmək lazım olduğunu da bilir. Britni uşağı Çindən övladlığa götürəcək.
 
Xatırladaq ki, Britni Spirsin oğulları keçmiş rəqqas əri Kevin Federlayndan dünyaya gəlib.
 Cia.az