|
Xərçəng xəstələri gimnastika ilə məşğul olmalıdır
Xərçəng xəstələrinin gimnastika ilə məşğul olması məsləhət görülür. Həyata keçirilən araşdırmaya görə, xərçəngin daha çox yayılmasının qarşısını alır.
Amma bu nəticəyə baxmayaraq, araşdırmaya qatılan bir çox xəstənin bədən formasını qorumaq üçün gimnastika ilə məşğul olmağa həvəssiz olduğu görünüb. Minnesotada yerləşən Mayo Klinikada aparılan araşdırmada xərçəng xəstələrinin gimnastika vərdişləri araşdırılıb.
 
Araşdırmaya rəhbərlik edən Doktor Andrea Cheville deyib ki, həkim olaraq xəstələrə bu gimnasitikanın faydalarını başa salsaq da,  onların bu barədə biliklərinin nə dərəcədə olmasından xəbərsizik. Dr. Chevillenin bildirdiyinə görə,  bir çox xəstənin passiv həyat tərzi xərçəng simptomlarının daha yavaş ortaya çıxmasına səbəb olur və bu, diaqnozu gecikdirir.
Cia.az