|
Məzahir Pənahov növbəti dəfə MSK sədri oldu
Milli Məclisin 15 aprel tarixli plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibi təsdiq edilib.   

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılaraq, qəbul edilib.
 
Milli Məclisdə çoxluq təşkil edən YAPı, heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlar, azlıq təşkil edən Ana Vətən Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası MSK üzvlüyünə namizədlərini parlamentə təqdim edib.
 
Qərara əsasən, Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, Məzahir Pənahov, İlham Məmmədov, Natiq Məmmədov, Arifə Muxtarova, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almaz Qəhrəmanlı, Etibar Quliyev, Mikayıl Rəhimov, İlkin Şahbazov MSK üzvlü, Sürəddin Hümbətov, Bəhruz Quliyev, Aydın Muradov və Niyaməddin Orduxanov isə MSK-nın əvəzedici üzvü təyin olunub. 
Spiker Oqtay Əsədov gündəlikdəki məsələni müzakirəyə çıxarandan sonra bəzi deputatların fikirləri dinlənilib və yeni tərkib səsverməyə çıxarılaraq təsdiqlənib. Yeni tərkibə Məzahir Pənahov, Natiq Məmmədov, Arifə Muxtarova, Mikayıl Rəhimov, Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, İlham Məmmədov, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Etibar Quliyev, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Hüseyn Paşayev və İlkin Şahbazov daxildir. MSK-nın 2010-cu ildə formalaşdırılan tərkibindən Tamam Cəfərovanın və Akif Qurbanovun adları çıxarılıb, onların əvəzinə siyahıya H.Paşayev (YAP) və İ.Şahbazovun (Sosial Rifah Partiyası) adları daxil edilib. M.Pənahov etimada görə parlamentə təşəkkür edib. 
 
Daha sonra MSK-nın yeni tərkibdə ilk iclası keçirilib. Məzahir Pənahov yenidən MSK sədri seçilib.  Natiq Məmmədov isə MSK sədrinin müavini, Mikayıl Rəhimov və Arifə Muxtarova MSK-nın katibi seçiliblər.
 
Qeyd edək ki, MSK-nın 2010-cu ildə formalaşan tərkibindən iki nəfərin - Tamam Cəfərovanın və Akif Qurbanovun adı çıxarılıb, onların yerinə Hüseyn Paşayev (YAP) və İlkin Şahbazovun (Sosial Rifah Partiyası) adı əlavə olunub. A. Qurbanov Ümid Partiyasının MSK-dakı təmsilçisi olub. Ümid Partiyası 2015-ci ildə keçirilən parlament seçkilərində deputat mandatı qazana bilməyib.
Cia.az