Cari ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində törətdikləri müharibə cinayətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 115-ci (müharibə qanunlarını və adətlərini pozma) və 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) maddələri ilə cinayət işi başlanıb.
Bu barədə virtualaz.org-a Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, hazırda faktla bağlı istintaq aparılır.
Cia.az
