|
Daha 2 "Stadler" qatarı yaxın vaxtlarda Azərbaycana göndəriləcək

İsveçrə istehsalı olan ikimərtəbəli daha 2 "Stadler" qatarı yaxın vaxtlarda Azərbaycana göndəriləcək. 

Bu barədə "Stadler Rail" konserninin mətbuat xidmətinin rəhbəri Marina Vinder məlumat verib. O bildirib ki, Rusiya üçün nəzərdə tutulmuş 5 qatar artıq Azərbaycana satılıb. " "Azərbaycan Dəmir Yolları" QSC onlardan 3 ədədini artıq əldə edib. Daha 2 qatar isə yaxın vaxtlarda göndərilməyə hazırlanır. 
"Azərbaycan Dəmir Yolları" öz sifarişini ölkədə keçirilən Avropa Oyunları çərçivəsində sərnişin daşımalarının təmin edilməsi üçün təcili surətdə vermişdi", - deyə o əlavə edib.
Cia.az