|
İnsanın uzun yaşaması bu siçanın əlindədir
İngiltərəli alimlər uzun və gənc qalmağın növbəti sirrini tapıblar. 
Afrikada yaşayan tüksüz siçan növü ilə bağlı araşdırma aparan alimlər müəyyənləşdiriblər ki, normal siçan ölçüsündə olan bu gəmirici siçanlardan səkkiz dəfə çox yaşayır. Üstəlik, bu çılpaq yer siçanları artımlarını ölənə qədər davam etdirirlər. Bəs bu heyvanların uzun yaşamasının səbəbi nədir? Hazırda bütün dünyanın alimləri bu sualın cavabını axtarırlar. 

Çünki onu uzun yaşadan genin hansı olduğu müəyyənləşsə, bu, insanın ömrünü uzadacaq mümkün müalicələrə yenilərinin əlavə olunmasını təmin edəcək.
Cia.az