|
Portuqaliya "Avro-2016"ya onsuz gedir

Portuqaliya millisinin və "Monako"nun futbolçusu Fabio Koentrau "Avro-2016"nı buraxacaq.

Ombasından zədələnən 28 yaşlı müdafiəçinin əməliyyat olunacağı bildirilib. Bu səbəbdən o, 3-6 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, F.Koentrau bu mövsüm oynadığı 15 matçda 3 qol vurub, 2 qolun ötürməsini verib.

 Cia.az