|
Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistan itkilərini gizlətməkdə davam edir"

Erməni tərəfi son döyüş əməliyyatları zamanı çoxsaylı itkilərinin bir qismini açıqladıqdan sonra Ermənistan ictimaiyyəti qorxu və vahimə içindədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Cia.az-a bildiriblər ki, Ermənistan kriminal hərbi-siyasi rejimi digər cəsədləri aşkara çıxarmaq üçün yəqin Azərbaycan Ordusunun guya hər gün diversiya əməliyyatları keçirməsi barədə məlumatları hələ uzun müddət verəcək və ölülər barədə xəbər yayacaq.

Uğursuzluqlarını ört-basdır etmək üçün onların belə bəhanələrdən başqa çıxış yolu yoxdur
AzərPeyk