Moskva Vaşinqtonla əlaqələrin əvvəlki səviyyəyə kimi bərpasına ümid edir və ABŞ, NATO və Avropa İttifaqı (Aİ) ilə qarşıdurmaya çan atmır.
Virtualaz.org "İnterfaks2a istinadən bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
S.Lavrov qeyd edib ki, Rusiya heç vaxt ABŞ, NATO və Aİ ilə qarşıdurmanın təşəbbüskarı olmayıb: "Qarşıdurmaya köklənmə isə dünya inkişafının bərpasının optimal vektoru istiqamətindəki səyləri yalnız əngəlləyir".
S.Lavrov deyib ki, Moskva Rusiya-Amerika əlaqələrinin gələcəkdə normal istiqamətə qayıdacağına ümid edir.
Cia.az
