|
Tovuzda 17 yaşlı oğlan başından güllələndi

Tovuzda qətl törədilib.

APA-nın verdiyi məlumata görə, hadisə ötən gün rayonun Qalaboynu kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü Əmiraslanov Məqsəd İlqar oğlu baş nahiyəsindən ov tüfəngi ilə güllələnib.

Məlumata görə, qətli törədən şəxs məlumdur və onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb.

Cia.az