|
Selfidə yaxşı görünmək üçün 17 min dollar xərclədi
Böyük Britaniyanın Riçmond şəhərində yaşayan qadın sırf şelfi fotolarda yaxşı görünsün deyə plastik əməliyyatlara 17 min dollar pul xərcləyib. 
28 yaşlı Şelli Skins burun və buxaq əməliyyatı keçirib. Bundan başqa, qız görmə qabiliyyətini yaxşılaşdırmaq üçün də əməliyyatdan keçib. O, şelfi fotolarında eynəklə görünmək istəməyib. “Nəhayət, mən öz selfilərimdən razı qalacam və özümü öz bədənimdə komfortda hiss edəcəm”. Bunu  da Riçmond sakini deyib.
16 yaşında Skins müxtəlif rakurslardan öz fotolarını çəkməyə başlayıb. Britaniyalını üzündəki bəzi cizgilər qane etmirdi. O hesab edirdi ki, məhz bu cizgilərə görə onun əksər fotoları uğursuzdur.
Cia.az