Türkiyəli estetik cərrah Fatih Dağdələn bildirib ki, hazırda dünyada ən geniş yayılan estetik əməliyyat burun estetikasıdır.
Yaşı 18 -dən yuxarı olan və burnunun formasını qüsurlu bilən hər kəs estetik cərraha müraciət edə bilər. Burundakı forma dəyişiklikləri adətən nəfəs alma problemlərinə də səbəb ola bilər. Amma burun əməliyyatından razı qalan xəstələrin əhvalında ciddi yüksəliş nümayiş olunur. Belə ki, onların özünə inamı, motivasiyaları artır, həyata baxışları dəyişir. Həkimin dediyinə görə,əməliyyatdan əvvəl neqativ olan, ikili münasibətlərdən qaçan və ya bu münasibətlərdə uğursuzluq qazanan insanlar “gözəl burun”dan sonra müsbətə doğru dəyişir.
Özünə inamı artan insan münasibətlərində də daha loyal olur.
Cia.az
