|
Bakıda dalaşan ata və oğulu ayıran 56 yaşlı kişi bıçaqlandı
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. 
Hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Qəsəbənin Axund Mirzə küçəsində yaşayan 56 yaşlı Valeh Hilal oğlu Quliyevin qonşuları olan ata ilə oğlu dava edib. Valeh Quliyev dava edən qonşularını ayırmaq istəyib. Ata ilə oğulun arasına girən Valeh Quliyev bıçaqlanıb.
Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər bir bıçaq xəsarəti alan yaralının həyatı üçün təhlükə olmadığını bildiriblər. Hazırda hadisənin dalaşan ata, yoxsa oğul tərəfindən törədildiyi araşdırılır.
 
Faktla əlaqədar cinayət işi başlanıb.
Cia.az