|
Benzema açıqladı: "Avro-2016"da oynamayacaq

"Real"ın futbolçusu Kərim Benzemanın "Avro-2016" üçün Fransa millisinə çağırılmayacağı dəqiqləşib.

Bu barədə hücumçu özünün "Tvitter" hesabında yazıb:

"Məni sevən insanlara üzülərək bildirmək istəyirəm ki, "Avro-2016" üçün Fransa millisinin heyətində yer almayacam".

Qeyd edək ki, K.Benzema  millidəki komanda yoldaşı Matyö Valbueni şantaj etməkdə günahlandırılıb. Bu hərəkətinə görə o, Fransa millisindən kənarlaşdırılıb.

 Cia.az