|
"Bavariya" yarımfinalda, "Barselona" mübarizəni dayandırdı

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Qol.az-ın məlumatına görə, keçiriləcək iki oyunla daha iki yarımfinalçının adı bəlli olacaq.

Madridin “Atletiko” klubu öz meydanında “Barselona”nı qəbul edəcək. İlk oyunda Kataloniya klubu 2:1 hesablı qələbə qazandığından şanslar bərabər qiymətləndirilir.

Digər oyun Portuqaliyada baş tutacaq. Burada “Benfika” “Bavariya”nı qəbul edəcək. Almaniyada keçirilən ilk oyunda Münhen təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. Buna görə də bu cütün mərhələ adlamaq şansları da bərabərdir.

 

13 aprel

Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

22:45. "Atletiko" (Madrid, İspaniya) - "Barselona" (İspaniya) - 2:0 
Qol: 
Qrizmann, 36 (1:0), 88-pen.
İlk oyun - 1:2

22:45. "Benfika" (Portuqaliya) - "Bavariya" (Almaniya) - 2:2 
Qollar:
 Ximenes, 27 (1:0), Vidal, 38 (1:1), Müller, 52 (1:2), Taliska, 76 (2:2)
İlk oyun - 0:1
12 aprel

22:45. "Mançester Siti" (İngiltərə) -
 PSJ (Fransa) - 1:0 
Qol:
 De Bruyne, 76
İlk oyun - 2:2

22:45. "Real" (Madrid, İspaniya) - "Volfsburq" (Almaniya) - 3:0
Qollar:
 Ronaldo, 16 (1:0), 17 (2:0), 77
İlk oyun - 0:2

Cia.az