|
Mariya Şarapovadan xəbər var

Rusiyalı tennisçi Mariya Şarapova dopinq qalmaqalından sonra korta qayıdır. 
Qadağan olunmuş preparatdan istifadə etdiyi üçün karyerası təhlükə altında qalan idmançı, görünür, çətin vəziyyətdən çıxa bilib. Belə ki, Mariyanın fanatları “Rolan Qarros” turnirinin rəsmi saytında 22 may-5 iyun tarixlərində Parisdə keçiriləcək tennis matçlarında digər iştirakçılar arasında idmançının da adını açkarlayıblar.
Qeyd edək ki, bu gün Ümumdünya Antidopinq Agentliyi (WADA) qadağan olunmuş meldoniya preparatının istifadəsi ilə bağlı qətnamə də qəbul edib. Qətnaməyə əsasən, saxlanma müddəti 1 mart 2016-cı il tarixinədək olan bir mikroqramdan az meldoniyanın dopinq-sınağı mümkün hesab edilib.

Cia.az