2016 və ya 2017-ci ildə Dağıstan ərazisində 7-8 bala qədər gücü olan dağıdıcı zəlzələ proqnozlaşdırılır. Bunu Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutunun direktor müavini Yevgeni Roqojin deyib.
«Şərqi Qafqaz üzrə proqnoz var. Bu, Dağıstan ərazisi, Azərbaycanla sərhəddir — orada bu il, yaxud gələn il güclü zəlzələ baş verə bilər. Biz 6-6,5 maqnitudalı, yəni 7-8 bal gücündə zəlzələ proqnozlaşdırırıq», - Roqojin bunu bildirərək, əlavə edib ki, Rusiya FHN artıq bu məlumatı alıb, yerli hakimiyyətin isə zəif binaların möhkəmləndirilməsi üçün kifayət qədər vaxtı var.
Cia.az
