|
Ağcabədi sakini qülləyə çıxıb özünü öldürəcəyini dedi

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi şəhərində 1 nəfərin intihar etmək məqsədilə hündurlüyü 30 metr olan qülləyə çıxması barədə məlumat daxil olub.

Virtualaz.org nazirliyin saytına istinadən xəbər verir ki, dərhal yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq vətəndaşla pisixoloji söhbətlər aparıb və intihara cəhdin qarşısını alıblar.

Vətəndaş adiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 14:39-da başa çatıb.

Cia.az