|
Azyaşlı uşaqların əl işləri nümayiş olunacaq

Aprelin 15-də Azərbaycan Rəssamlar İttifaqının və Bakı Rəsm Qalereyasının təşkilatçılığı ilə uşaqların əl işlərindən ibarət təsviri sənət sərgisi keçiriləcək.

Qalereyadan bildirilib ki, sərgidə 80-dək uşağın sulu boya ilə çəkilmiş, dekorativ-tətbiqi sənət, qrafika janrlarında işləri nümayiş olunacaq. Rəsmlərdə vətənpərvərlik, tarixi abidələr, İçərişəhər, o cümlədən sərbəst mövzular təsvir olunub.

Sərgidə iştirak edən uşaqlara hədiyyə və sertifikatlar təqdim ediləcək.

Cia.az