|
Azərbaycan və Türkiyənin mövqelərini müdafiə etdiyi üçün jurnalist işdən çıxarıldı

“İhlas” xəbər agentliyinin Moskva bürosunun şef-redaktoru Fuad Abbasov vəzifəsindən azad edilib.

Bu barədə jurnalist özünün “Facebook” səhifəsində yazıb.

F.Abbasovun sözlərinə görə, onun işdən azad edilməsi Rusiya tərəfinin müraciəti ilə bağlıdır.

Qeyd edək ki, F.Abbasov Rusiya telekanallarında Azərbaycanın və Türkiyənin mövqelərini müdafiə etməsi ilə məşhurdur.

Cia.az