|
Gənc aktyor şizofreniyadan əziyyət çəkir
Uşaq yaşlarından “Star Wars”da (“Ulduz döyüşləri”) çəkildiyi rolla məşhurlaşan 27 yaşlı aktyor Ceyk Lloyda şizofren diaqnozu qoyulub.
Amerikalı aktyorun anası Liza “TMZ”yə açıqlamasında oğlunun iyundan bəri olduğu həbsxanadan psixatriya xəstəxanasına köçürüldüyünü deyib.
Xatırladaq ki, Ceyk Lloyd ötən il sürət həddini aşaraq polisin xəbərdarlığına məhəl qoymamış və qəzaya səbəb olmuşdu. Sürücülük vəsiqəsi olmayan aktyor bu səbəbdən həbs edilmişdi.
 Cia.az