Böyük Britaniyada dünyada ilk dəfə olaraq yeməli toy paltarı hazırlayıblar.
Lenta.ru saytının xəbərinə görə, paltar Londonda 16 və 17 aprel tarixlərində keçiriləcək qənnadı sərgisində nümayiş etidiriləcək. Unikal gəlinlik paltarının hazırlanmasında qənnadçılar Silviya Elba, İvett Marnet və rəssam İlinka Rnik iştirak ediblər. Qadınlar bu işə 300 saat əmək sərf ediblər.
Bayram geyiminin uzunluğu 170 santimetr, çəkisi isə 75 kiloqram olub. Paltar üçün 1000 ədəd yeməli vafli kağızı, 35 kiloqram krem və 3 kiloqram dekorativ krujeva lazım olub. Qeyd edilib ki, bu şirin geyimi geyinmək olmaz.
Daha öncə isə Çini Tsindao şəhərində bir nəfər nişanlısı üçün 600 şardan ibarət gəlinlik paltarı hazırlamışdı.
Cia.az
