|
Evindəki ayaqyolunu icarəyə verir
London yaxınlığındakı Hayqeytdə bir ev sahibi öz evinin ayaqyolusunu kirayəyə vermək və ya satmaq istəyir. 
“Camdan New Journal”ın verdiyi xəbərə görə, Ceyms Atertonun evindəki ayaqyolu uzun illər istifadə olunmasa da, yaxşı vəziyyətdə qalıb. Ev sahibi ayaqyolu üçün 20 ilə 20 min funt tələb edir. Atertonun mənzili avtobus stansiyasından uzaqda yerləşmir. 

Onun fikrincə, bu təklif sürücülərin diqqətini cəlb edəcək. Ceyms evinin divarında “ayaqyolu ərazisi” sözləri yazılmış lövhə yerləşdirib. Ev sahibi hesab edir ki, bu addım onsuz da yerli icra qurumlarının ictimai ayaqyolunu bağlatdırmaq ideyasına uyğundur. 

Hazırda evinin ayaqyolusunu satmaq istəyən ev sahibinə diqqət böyük olsa da, hələlik ortada real alıcı yoxdur.
Cia.az