Dünya birjalarında neftin qiymətində bahalaşma müşahidə olunur. ANS PRESS-in məlumatına görə, hazırda dünya bazarlarında “Brent” markalı neftin bir barelinin qiyməti 44.33 dollar təşkil edir.
“WTI” markalı neftin qiymətində də bahalaşma qeydə alınıb. “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 41.68 dollar müəyyən olunub.
Keçirilən ən son hərraclarda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,75 dollar bahalaşaraq 43,47 dollar təşkil edib.
Cia.az
