|
Futzal millimiz dünya çempionatında!

Bu gün futzal üzrə milli komandamız dünya çempionatının final mərhələsinə vəsiqə verən "pley-off"un cavab görüşünə çıxıb.

Tino Peresin komandası evdə Hollandiya ilə qarşılaşıb.

Almere şəhərində baş tutan qarşılaşmada rəqibinə 5:1 hesabı ilə qalib gələn bu dəfə heç-heçə edib - 4:4. 
Bu nəticə ilə millimiz tarixində ilk dəfə dünya çempionatının final mərhələsində oynamaq hüququ əldə edib.

12 aprel

Dünya çempionatının pley-off mərhələsi, cavab oyunu

20:00. Azərbaycan - Hollandiya - 4:4 
Qollar: 
Rizvan Fərzəliyev,  12 (1:0),Keyar, 14 (1:1), Amedeu, 15 (2:1), Velseboer, 16 (2:2), Eduardo, 20 (3:2), Mossaoui, 26 (3:3), Rafael, 26 (4:3), Attaibi, 28 (4:4)
Hakimlər: Cerald Bauemfeind (Avstriya), Oleq İvanov (Ukrayna), Moshe Bohbot (İsrail)
İlk oyun - 5:1

Cia.az