İran İnqilab keşikçiləri Qvardiyası Quru Qoşunlarının Qüds qərargahı ölkənin cənub-şərqində "Böyük peyğəmbər" adlı hərbi manevrə başlayıb.
"Report" İran KİV-ə istinadən xəbər verir ki, bunu qvardiyanın general-mayoru Məhəmmədi Marani bildirib.
Onun sözlərinə görə, hərbi təlim 3 gün sürəcək. Manverdə 5 əlahiddə qərargah, qvardiyanın quru qoşunlarının desantları, artilleriya batareyaları, sərhəd qoşunları və "bəsic" (qvardiyanın kadr bazası, yarımhərbi könüllü dəstə) də iştirak edir.
Cia.az
