İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen aparatı ilə baxış zamanı monitorda “beşbarmağ”ın təsviri görünüb.
Cia.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşın çantasındakı telefon qutusunun içindən 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Cia.az
