|
Bakıda daha bir qadın özünü binadan atdı

Bakıda daha bir intihar hadisəsi baş verib.

Lent.az bildirir ki, Yasamal rayonu ərazisində, Şərifzadə küçəsi 130 ünvanının qarşısında (ATS-in yaxınlığı) 30-35 yaşlı qadın özünü 9-cu mərtəbədən ataraq intihar edib. O, hadisə yerindəcə keçinib.

Hazırda hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşları intihar edən qadının şəxsiyyətini dəqiqləşdirirlər.

Qeyd edək ki, dünən də Yasamalda bir qadın özünü binadan ataraq intihar edıb.

Cia.az