|
İtaliya klubu 1 mövsümdə 8-ci məşqçini qovdu

İtaliya A seriyası təmsilçisi "Palermo" baş məşqçisi Valter Novellinonu istefaya göndərib.

Ölkə çempionatında "Latsio"ya məğlubiyyətdən sonra klub rəhbərliyi 62 yaşlı mütəxəssislə yolları ayırmağa qərar verib.

Bu, "Palermo"da bu mövsüm 8-ci baş məşqçi istefası olub.

Qeyd edək ki, "Palermo"nu klubun sabiq baş məşqçisi David Ballardinin çalışdıracağı gözlənilir.

 Cia.az