Google şirkətinin “unudulma haqqı”ndan istifadə etmək istəyən on minlərlə vətəndaş şirkətə müraciət edib.
Son olaraq müraciət edənlərin sayı 145 min nəfərdir. “Unudulma haqqı” əslində insanların google nəticələrindən adlarının silinməsi tələbini ehtiva edir. Google bu günə qədər daxil olan tələblərin 41.8 faizini həyata keçirib. Müraciət edənlərin ümumi statistikası göstərir ki, bu sahədə Fransa birinci yerdədir(29 bin 10 nəfər). İkinci sırada isə 25 bin 78 tələblə
Almaniya dayanır. “Unudulma haqqı”nın detallarına gəlincə, insanlar özləri barədə məlumatları ancaq google-ın axtarış nəticələrindən sildirə bilirlər, ümumən həmin səhifələri sildirə bilmirlər. Türkiyə və Azərbaycan Avropa Birliyi üzvü olmadığı üçün bu xidmətdən faydalana bilməz.
Cia.az
